Türkiyə XİN: Ankara Bağdadla viza rejimini sərtləşdirir

Türkiyə XİN: Ankara Bağdadla viza rejimini sərtləşdirir
# 07 fevral 2016 04:07 (UTC +04:00)

Bakı-APA. Türkiyə XİN-i İraqla viza rejimini sərtləşdirmək qərarına gəlib. APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in mətbuat xidmətinin rəhbəri Tanju Bilqic bildirib. Onun sözlərinə görə, bu addım qanunsuz miqrasiya ilə mübarizə məqsədi ilə atılıb.

“Türkiyəyə gəlmək istəyən İraq vətəndaşları üçün viza rejimi əvvəlki qaydada tətbiq ediləcək, lakin qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində vizanın alınması proseduruna bəzi dəyişikliklər edilib. İraq vətəndaşlarının ölkəyə girişinə icazə yalnız onlarda Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərindən alınmış vizalar olduğu halda veriləcək”, deyə Tanju Bilqic bildirib.

Qeyd edək ki, bundan əvvəl iraqlılar vizanı sərhədi keçdikdə nəzarət-buraxılış məntəqələrində əldə edə bilirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR