İraqda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 7 nəfər ölüb

İraqda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 7 nəfər ölüb
# 22 may 2016 00:43 (UTC +04:00)

Bakı-APA. İraqın Səlahəddin əyalətində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, terrorçu üzərindəki partladıcı qurğunu paytaxt Bağdaddan 65 km aralıda yerləşən Əd-Düccəl kənd bazarında işə salıb.

Ölənlərin sayının artacağı istisna olunmur.

İnsidentə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR