Bakıda Ukrayna vətəndaşının evindən oğurluq edilib

Bakıda Ukrayna vətəndaşının evindən oğurluq edilib
# 29 iyun 2016 09:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda əcnəbi vətəndaşın evindən pul oğurlanıb.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə M.Muxtarov küçəsi ev 179, mənzil 21 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, “JTİ Cancasus Vinston” şirkətində menecer işləyən, Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Andrey Lisyukun 5000 ABŞ dolları naməlum şəraitdə oğurlanıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin evdə qulluqçu işləyən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Lamiyə Əliyeva olması müəyyən edilib və o tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR