Miqrasiya Xidməti: Miqrasiya qanunvericiliyi əsasən əcnəbi tələbələr tərəfindən pozulur

Miqrasiya Xidməti: Miqrasiya qanunvericiliyi əsasən əcnəbi tələbələr tərəfindən pozulur
# 27 may 2016 10:51 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Azərbaycana gələn əcnəbilər adətən olduğu yer üzrə qeydiyyata alınmadıqda, iş icazəsi almadan çalışdıqda cərimə edilirlər”. APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti və Hüquqi təminat baş idarəsinin, Miqrasiya siyasəti idarəsinin baş inspektoru Vaqif Mansurov deyib.

O qeyd edib ki, miqrasiya qanunvericiliyinin pozulma halları əsasən əcnəbi tələbələr arasında qeydə alınır: “Adətən oxumağa gələn əcnəbi tələbələr restoranlarda və ya da tikinti sahəsində çalışır. Belə olan halda isə onlara qarşı cərimə tətbiq olunur”.

DMX-in Miqrasiya proseslərini tənzimlənmə baş idarəsinin Əmək miqrasiyasının tənzimlənməsi idarəsinin iş icazələrinin verilməsi şöbəsinin inspektoru Zaur Hacıyev deyib ki, Azərbaycana əcnəbilər əsasən İran, Türkiyə, Rusiya və Gürcüstandan gəlir: “Həmin ölkələrin vətəndaşları əsasən tikinti sektorunda çalışmağa maraq göstərir. Bu sahəyə olan maraq digər sahələrlə müqayisədə 50 faiz çoxdur. Eyni zamanda, əcnəbilər Azərbaycana neft, emal sənayesi və satış sahəsində çalışmaq üçün gəlirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR