Astarada pəncərədən yıxılan qadın ağır xəsarət alıb

Astarada pəncərədən yıxılan qadın ağır xəsarət alıb
# 13 yanvar 2016 11:27 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Astara rayon sakini ehtiyatsızlıqdan yıxılaraq, ağır xəsarət alıb.

Bu barədə APA-nın cənub bürosuna Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) qəbul şöbəsindən bildirilib. Məlumata görə, rayonun Şahağacı kənd sakini, 57 yaşlı Alimə İslam qızı Əsədova yaşadığı evin ikinci mərtəbəsindəki pəncərədən yıxılıb. Yaxınları onu dərhal Lənkəran MRX-na çatdırıblar. Burada A. Əsədovaya birinci bel fəqərəsinin kompressiyası, yəni sınığı diaqnozu təyin olunub. Ona müvafiq tibbi yardım göstərilib. Bununla belə vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR