Milli Məclis bir sıra beynəlxalq sənədləri təsdiqləyib

Milli Məclis bir sıra beynəlxalq sənədləri təsdiqləyib
# 18 dekabr 2015 10:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisinin iclasında Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sənədlər təsdiq olunub.

APA-nın məlumatına görə, bunlar Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə, "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında hava əlaqəsi haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə Vyetnam Sosialist Respublikasının hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikasının hökuməti ilə San Marino Respublikasının hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlığa dair" sazişlərdir.

Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR