Saatlıda 41 yaşlı qadını maşın vuraraq öldürüb

Saatlıda 41 yaşlı qadını maşın vuraraq öldürüb
# 18 may 2016 09:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qıraqlı kəndində qeydə alınıb. Bakı şəhər sakini Coşqun Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Saatlı şəhər sakini, 1975-ci il təvəllüdlü Pərvanə Həsənovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR