ABŞ-ın ən iri özəl neft-qaz şirkətinin qurucusu yol qəzasında ölüb

ABŞ-ın ən iri özəl neft-qaz şirkətinin qurucusu yol qəzasında ölüb
# 03 mart 2016 00:11 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın “Chesapeake Energy” ən iri müstəqil neft-qaz şirkətinin qurucusu Obri Makklendon yol qəzasında ölüb. Bundan bir gün əvvəl o antitrast qanunvericiliyini pozaraq cinayət törətməkdə ittiham edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, b barədə CNBC telekanalı məlumat yayıb.

Məlumata görə, 56 yaşlı Makklendonun idarə etdiyi avtomobil Oklahoma Siti şəhərində beton maneəyə çırpılıb. Polis intihar versiyasını nəzərdən keçirir.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Makklendona qarşı bundan əvvəl irəli sürülən ittihama əsasən, o, digər şirkətlərlə sövdələşərək, təşkil etdiyi kommersiya tenderlərinin qaliblərini əvvəlcədən müəyyən edib.

“Chesapeake Energy” – ABŞ-ın ən iri ikinci neft-qaz istehsalçısıdır. Şirkətin 2015-ci ildə 14 mlrd dollardan çox xalis gəlir əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR