Əfqanıstanda iki əcnəbi professor oğurlanıb

Əfqanıstanda iki əcnəbi professor oğurlanıb
# 08 avqust 2016 02:41 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın paytaxtı Kabildə fəaliyyət göstərən Amerika universitetinin iki professoru naməlum şəxslər tərəfindən oğurlanıb.


APA-nın ABC News-a istinadən verdiyi xəbərə görə, onlardan birinin ABŞ, digərinin isə Avstraliya vətəndaşı olduğu bildirilir.


Kabil polisi və ABŞ Dövlət Departamenti faktı təsdiqləsələr də, insidentin təfərrüatlarını açıqlamayıblar.


İnsidentə görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR