Çaylardakı mövcud vəziyyət açıqlanıb

Çaylardakı mövcud vəziyyət açıqlanıb
# 27 may 2016 11:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ötən gün ərzində Kiçik Qafqaz ərazisindən axan əksər çaylarda sululuğun azalması müşahidə olunub, respublikanın digər çaylarında isə əsasən mühüm dəyişiklik baş verməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 110-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir. Mayın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 32 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 367 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 470 m3/s olmaqla ongünlük normanın 68 faizi olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 179 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 158 m3/s təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Mayın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 5, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Surra məntəqəsində isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2015-ci il mayın 27-də 348 sm), Salyanda 175 sm (2015-ci il mayın 27-də 197 sm), Bankədə 179 sm (2015-ci il mayın 27-də 190 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2015-ci il mayın 27-də 113 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR