SKMF indiyədək pambıqçılığın inkişafına ayırdığı kreditlərin həcmini açıqlayıb

SKMF indiyədək pambıqçılığın inkişafına ayırdığı kreditlərin həcmini açıqlayıb
# 29 aprel 2016 14:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu tərəfindən Azərbaycanda pambıqçılığın inkişafına verilən kreditlərin həcmi açıqlanıb.


Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə, indiyədək pambıqçılığın inkişafı ilə bağlı 190-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 59 mln. manata yaxın kredit verilib.

O cümlədən 5 iri fermer təsərrüfatına 23 mln. manat, 170-dən çox kiçik həcmli pambıqçılıq təsərrüfatına 2,1 mln. manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 mln. manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 mln. manat güzəştli kredit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR