AYİB Azərbaycana dollarla ayırdığı kreditləri manata konvertasiya edəcək

AYİB Azərbaycana dollarla ayırdığı kreditləri manata konvertasiya edəcək
# 29 fevral 2016 13:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Hazırda Azərbaycanda özəl sektor o qədər də asan olmayan dövrünü yaşayır. Biz öz yerli tərəfdaşlarımıza yardım etmək niyyətindəyik ki, onlar bu dövrdən daha az zərərlə çıxsınlar". "APA-Economics" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakı ofisinin rəhbəri Nil Makkeyn deyib.

Onun sözlərinə görə, AYİB Azərbaycandakı tərəfdaşlarına dollarda ayırdığı kreditləri manata konvertasiya etməyi planlaşdırır: "Bu, bütün müştərilərimizə aid olmayacaq. Çünki ixracla məşğul olan bəzi müştərilərimizə dollar kütləsi daha çox lazımdır. Konvertasiya yalnız buna ehtiyacı olan müştərilərə aiddir".

N. Makkeyn deyib ki, martın 1-də AYİB-in nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək və səfər çərçivəsində manatla istiqrazların buraxılması müzakirə olunacaq. Bununla yanaşı, mövcud kreditlərin likvidlyi də müzakirə predmeti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR