Bakı-APA. Bu gün Vaşinqtonda ABŞ və Kuba arasında dördüncü ikitərəfli görüş keçiriləcək.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, görüşdə münasibətlərin normallaşdırılmasının davam etdirilməsi məsələsi müzakirə olunacaq.
Məlumata görə, görüşdə iqtisadiyyat, insan haqlarının qorunması, ətraf mühit, miqrasiya, səhiyyə və mədəniyyət sahələrinə dair məsələlər müzakirə mövzusu olacaq.