“Günay Bank” II rübü iri zərərlə başa vurub

“Günay Bank” II rübü iri zərərlə başa vurub
# 21 iyul 2016 15:39 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “Günay Bank”ın aktivlərinin həcmi 2016-cı ilin II rübündə 92,560 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,35% azalıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16% azalaraq 83,289 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 238 min manat təşkil edib ki, bu da 2015-cı ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 21,12% çoxdur.

Bankın depozit portfeli hesabat dövrü ərzində 72% artaraq 22,025 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 19,455 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 65,8% artım deməkdir.

Bir il ərzində bankın məcmu kapitalı 26,5% azalaraq 45,980 mln. manat təşkil etdiyi halda, nizamnamə kapitalı dəyişməyərək 64 mln. 910,09 min manat olub.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,9 dəfə artaraq 3,250 mln. manat, xərcləri isə təxminən 56,8% artaraq 1,419 mln. manat olub.

Cari ilin ilk altı ayını “Günay Bank” 13 mln. 570 min 960 manatlıq zərərlə başa vurub.

Hazırda bankın ölkə üzrə 1 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR