DSX Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib

DSX Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib
# 29 fevral 2016 10:51 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Dövlət Sərhəd Xidmətində Sahil Mühafizəsinin 2015-ci ildə xidməti-döyüş fəaliy­yətinin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş xidməti müşavirə keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, xidmətin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev müşavirədə çıxış edərək son illərdə dəniz sərhədlərimizin daha etibar­lı qorunması məqsədilə bir sıra struktur dəyişiklikləri həyata keçirildiyini, Xəzər dənizinin vacib istiqamətlərində sərhəd gözətçi gəmiləri tərəfindən fasiləsiz xidmətin təşkil edilməsinin təmin olunduğunu bildirib. Qeyd olunub ki, tam peşəkar heyətlə kom­plektləş­dirilmiş Sahil Müha­fizəsi hazırda dövlət maraq­larımızın qo­runması və təhlükəsizliyin təmin edilməsi üçün mükəmməl və müasir tələblərə cavab verən infrastruktura malikdir: “Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müsbət təsir gös­tərir. Şəxsi heyətin ekstremal şəraitdə peşə vərdişlərinin və döyüş hazırlığının yüksək səviyyədə olmasına xidmət edən müxtəlif mövzulu döyüş və taktiki təlimlər müvəffəqiyyətlə keçirilir. Dənizdə bir neçə mürəkkəb axtarış-xilasetmə əməliyyatlarını uğurla həyata keçirən sərhədçilər istənilən şəraitdə yüksək peşəkarlıq nümunəsi göstərməyə, sərhədlərimizin toxunul­maz­lığını təmin et­məyə, qarşıya qoyulmuş ən çətin vəzifələri yerinə yetirməyə qadir olduqlarını sübut ediblər”.

2013-cü ilin avqust ayında Xəzər dənizinin «Bulla-dəniz» yatağındakı yanğının söndürülməsi zamanı üzmə vasitələrinin quyuya yaxınlaşa bilmədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində Dövlət Sərhəd Xidməti əməkdaş­larının sərrast atəşləri nəticəsində platformanın yanğının söndürülməsinə imkan vеrməyən avadanlıqlardan təmizlənməsi, nəticədə Xəzər dənizinin еkоlоgiyasına, həm­çinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması, 2015-ci ilin dekabr ayında “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın ilə əlaqədar sərhəd gözətçi gəmilərinin axtarış-xilasetmə işlərində fəal iştirak etmələri müşavirədə xüsusi qeyd olunub.

Müşavirədə həmçinin bildirilib ki, dəniz sərhədlərinin daha müasir və səmərəli mühafizə sis­teminin yaradıl­ması üçün məqsədyönlü işlər görülüb, sərhəd gözətçi gəmi­lərinin sualtı mühafizə imkanları gücləndirilib, 113 nəfər dəniz sərhədçisi xarici ölkələrdə kurslara cəlb olunub, yeni gəmilər üçün idarəetmə heyətləri hazırlanıb, tətbiq edilən texnikanın istifadə qay­dalarının öyrənilməsi məqsədilə, eləcə də digər mövzularda Sahil Mühafizəsinin Tədris Mərkəzində çoxsaylı təlimlər təşkil edilib, kurslar keçirilib. Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş vahidlərinin sayının artırılması nəticəsində xidməti sahənin ərazisi xeyli genişlənib. Sahilboyu texniki mü­şahidə məntəqələri şəbəkəsinin yaradılması, dənizdə operativ vəziyyəti açıqlamaq, xilasetmə və dəniz sər­hədlərinin mühafizəsinin kompleks həyata keçirilməsi məqsədilə «SONAR» sualtı akustik sisteminin quraşdırılması, mərkəzləş­dirilmiş idarəetmə sisteminin təş­kil edilməsi, dəniz sərhədlərinin mühafi­zəsinə aviasiya qüvvə­lərinin daha səmərəli şəkildə cəlb edilməsi işləri günün aktual məsələləridir.

Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin məruzələri dinlənilib, xidməti-döyüş fəaliyyətinin daha da yüksəl­dilməsi, döyüş hazır­lığının möhkəmləndirilməsi istiqamətində zəruri göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR