“Moodys” Azərbaycanın 8 bankında stress-test aparıb

“Moodys” Azərbaycanın 8 bankında stress-test aparıb
# 26 may 2016 09:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Moodys” beynəlxalq reytinq agentliyi Azərbaycanın 8 bankında stress-test aparıb.

"APA-Economics" xəbər verir ki, bu barədə agentliyin kiçik vitse-prezidenti, analitiki Mariya Malyukova deyib.

Onun sözlərinə görə, banklarda 2 ssenari - baza və alternativ ssenari üzrə stress-testlər aparılıb: "Birinci stress-test daha realdır. Baza ssenarisinə əsasən ÜDM-in azalmasını və kredit portfelində olan problemlərin 20%-ə çatmasını nəzərə alırıq. Alternativ ssenariyə görə, ÜDM-in 8% azalması və problemli kreditlərin 35%-dək yüksəlməsi proqnozlaşdırılır. Nəticə göstərir ki, kapitallaşma göstəriciləri -2,8%-ə enə bilər və sektora mühüm kapitallaşma tələb olunur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR