“Xəzər dənizinin hidrometeorologiyası” atlasının elektron versiyası hazırlanıb

“Xəzər dənizinin hidrometeorologiyası” atlasının elektron versiyası hazırlanıb
# 07 mart 2016 07:35 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Kanadanın "Sophia Publishing Group Inc." nəşriyyatı AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və İranın Xəzər Dənizi Tədqiqatları Mərkəzinin əməkdaşı Homayoun Xoşrəvanın “Xəzər dənizinin hidrometeorologiyası” atlasının elektron versiyasını hazırlayıb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, atlasın giriş hissəsində Xəzər dənizi və onun hövzəsinin fiziki-coğrafi və iqlim xüsusiyyətləri haqqında ümumi məlumat, Azərbaycanda Xəzər dənizinin tədqiqatlarının təşkili tarixi, bu sahədə işləyən elmi-tədqiqat institutları və dövlət təşkilatları, onların fəaliyyətinin istiqamətləri və s. barədə ətraflı informasiya verilir. İranda bu tədqiqatlar son zamanlarda başlasa da, artıq genişləndirilir.

Atlas üç fəsildən, 270 xəritədən ibarətdir. Birinci fəsildə Xəzərin sahil zonasının və dibinin geomorfoloji xüsusiyyətləri və xəritələri, onların şərhi təqdim olunur. İkinci fəsil dənizin fiziki xassələrinə həsr edilib. Burada dənizin axınları və su dövranları, səth dalğaları, suyun temperaturu, duzluluğu, şəffaflığı, alberdosu və başqa parametrlərin xəritələri və onların şərhləri verilir. Xəzərin əsas problemlərindən olan səviyyə problemi də bu fəsildə əksini tapıb. Üçüncü fəsil Xəzər dənizinin iqlimi və meteorologiyasından bəhs edir. Havanın temperaturu, rütubəti, şəffaflığı, buludluluq, küləyin istiqaməti və sürəti, günəş radiasiyası və istilik büdcənin xəritələri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR