“Azərkosmos” və Qazaxıstan şirkəti arasında məsləhətləşmələr aparılıb

“Azərkosmos” və  Qazaxıstan şirkəti arasında məsləhətləşmələr aparılıb
# 20 oktyabr 2015 14:58 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Qafqazın ilk peyk operatoru “Azərkosmos” ASC-nin Bakı ofisində Qazaxıstanın “Qarış Saparı” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Cəmiyyətdən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə şirkət nümayəndəsinə “Azərkosmos” ASC, “Azerspace-1” peyki və onun texniki xüsusiyyətləri, “Azersky” peykinin tətbiq sahələri və Azərbaycanın 2017-ci ildə orbitə çıxaracağı ikinci telekommunikasiya peyki haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, “Qarış Saparı” şirkəti Qazaxıstanın dövlət sərəncamına əsasən 2005-ci ildə kosmik sahənin inkişaf etdirilməsi, bu sahədə kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb. Eyni zamanda, kosmik layihələrin üçün texniki avadanlıqların istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyətinə aiddir.

İkitərəfli əməkdaşlıq çərçivəsində keçirilmiş görüşdə Azərbaycan və Qazaxıstan mütəxəssislərinin birgə layihələrinin təşkil olunması, Yer səthinin məsafədən müşahidə peyki “Azersky”ın imkanlarından birgə istifadəyə dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR