“Real”ın İspaniya çempionatındakı 16 oyunluq seriyası qırılıb

“Real”ın İspaniya çempionatındakı 16 oyunluq seriyası qırılıb
# 22 sentyabr 2016 13:13 (UTC +04:00)

Bakı – APA. Madrid “Real”ının İspaniya çempionatındakı 16 oyunluq seriyası qırılıb. Apasport.az-ın məlumatına görə, UEFA “Kral klubu”nun rekord göstəricisinə biganə qalmayaraq, öz saytında xüsusi yazı dərc edib.

Burada Avropa ölkələrinin yüksək liqalarında ən azı ardıcıl 15 matçda qalib gələn klubların seriyaları yer alıb. “Benfika” (29), Zaqreb “Dinamo”su (28), “Seltik” və Tirana “Dinamo”sunun (hərəyə 25) ilk sıralarında yer aldığı cədvəldə 22 seriya əksini tapıb.

Azərbaycan çempionatları tarixinin mütləq rekordçusu “Kəpəz” bu siyahıda 7-ci pillədə yer alıb. 1997-98-ci illərdə 22 qələbə qazanan Gəncə təmsilçisi “Srvena Zvezda” (24) və “Malmö”dən də geri qalır.

Qeyd edək ki, “Real” evdə “Vilyarreal”la heç-heçə edərək (1:1) mütləq İspaniya rekorduna sahib ola bilməyib. “Barselona”nın 16 oyundan ibarət qələbə seriyasını təkrarlayan paytaxt təmsilçisi Avropada 15-18-ci yerləri bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR