Bağdadda partlayışda ölənlərin sayı 21 nəfərə çatıb - YENİLƏNİB

Bağdadda partlayışda ölənlərin sayı 21 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 24 iyul 2016 13:08 (UTC +04:00)

Bakı-APA. Bu gün Bağdadda terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, 35 nəfər yaralanıb.

Qeyd edək ki, bundan əvvəl partlayış nəticəsində 14 nəfərin öldüyü, 20 nəfərin yaralandığı barədə məlumat yayılıb. Partlayış İraq paytaxtının əsasən şiələrin yaşadığı Əl-Kadimeyn rayonunda nəzarət-keçid məntəqəsinin qarşısında törədilib.

***

saat 12.09

Bakı-APA. Bağdadda terrorçu-kamikadze partlayış törədib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, İraq paytaxtının şimalında, əsasən şiələrin yaşadığı Əl-Kadimeyn rayonunda nəzarət-buraxılış məntəqəsinin qarşısında törədilən partlayış nəticəsində ən azı 10 nəfər ölüb, 20 nəfər yaralanıb.

Ölənlərin 2-i polis əməkdaşı, 8-i mülki şəxsdir. Partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR