Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 2 əsgər şəhid olub

Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 2 əsgər şəhid olub
# 09 fevral 2016 17:52 (UTC +04:00)

Bakı-APA. Türkiyədə PKK terrorçularına qarşı əməliyyat zamanı daha 2 nəfər şəhid olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Şırnak əyalətinin Cizrə rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı 1 əsgər və 1 polis şəhid olub.

Qeyd edək ki, bundan əvvəl Şırnak vilayətinin Uludərə rayonunda dövlət məmurlarını daşıyan avtomobilin partladılması nəticəsində Uludərə Dövlət Xəstəxanasının 2 vəzifəli şəxsi ölüb, 1 nəfər isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR