ETSN: Qubada baş verən yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib

ETSN: Qubada baş verən yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib
# 04 mart 2016 07:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubada baş verən meşə yanğını ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Martın 3-də saat 17 radələrində Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Alpan meşəbəyliyinin 8 saylı dolayının 45-ci kvartalında yanğın hadisəsi baş verib.

Yanğın nəticəsində meşəətrafı ərazidə 30 sot quru ot və kol örtüyü yanıb və meşə fonduna ciddi ziyan dəyməyib.

Yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının səyləri nəticəsində qısa müddət ərzində söndürülüb.

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR