AXCP funksioneri: “Müsavatla birlik gündəmdə deyil”

AXCP funksioneri: “Müsavatla birlik gündəmdə deyil”
# 11 may 2016 10:24 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyası ilə birlik məsələsi gündəmdə deyil”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin sədri, Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyib. O, Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublunun iki partiya arasında münasibətləri düzəltməklə bağlı cəhdlərinə münasibət bildirərək, hazırda bu məsələnin AXCP-də müzakirə mövzusu olmadığını söyləyib: “Gözəl Bayramlı ilə bir neçə görüş keçirib, çay içiblər. Yəni AXCP-də rəsmi səviyyədə bu məsələ qaldırılmayıb. Biz daha vacib məsələlərlə məşğuluq”.

Xatırladaq ki, 2013-cü ildə Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra AXCP ilə münasibətlər gərginləşib. Son günlər sosial şəbəkələrdə və mətbuatda iki partiya arasında münasibətlər yenidən gündəmə gəlib. Müsavat başqanı Arif Hacılı AXCP ilə danışıqlar üçün Tofiq Yaqubluya səlahiyyət verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR