Rüfət Səfərovun ev dustaqlığının müddəti 3 ay uzadılıb

Rüfət Səfərovun ev dustaqlığının müddəti 3 ay uzadılıb
# 04 may 2016 11:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun ev dustaqlığının müddəti artırılıb.

Vəkil Bəhruz Bayramov APA-ya bildirib ki, Binəqədi Rayon Məhkəməsi R. Səfərovun barəsində seçilmiş ev dustaqlığı ilə bağlı qərarın daha 3 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəzlənməsi istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Məhkəmənin qərarına əsasən, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR