"Anglo Asian Mining"in Azərbaycan banklarına kredit borcu açıqlanıb

"Anglo Asian Mining"in Azərbaycan banklarına kredit borcu açıqlanıb
# 14 yanvar 2016 11:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda yerləşən qızıl və gümüş yataqlarda hasilatla məşğul olan "Anglo Asian Mining" şirkəti banklara olan borcunun həcmini açıqlayıb.

"APA-Economics"in məlumatına görə, 2015-ci ilin dekabrın 31-nə şirkətin kredit faizləri, maliyyə vəsaitləri və onların ekvivalentlərinə görə borc öhdəlikləri 49,2 mln. dollar təşkil edib ki, bu da 2014-cü ilin dekabrın 31-i ilə müqayisədə, 3,2 mln. dollar və ya 6,11% azdır.

Ümumilikdə, şirkətin "Amsterdam Trade Bank"a 27,1 mln. dollar, Azərbaycan Beynəlxalq Bankına 11,7 mln. dollar, "Atlas Copco"ya 0,4 mln. dollar, "YapiKredi Bank"a 1,7 mln. dollar, "PAŞA Bank"a 4,6 mln. dollar həcmində kredit borcu var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR