ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu olduğunu düşünmürük"

ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu olduğunu düşünmürük"
# 27 aprel 2016 14:17 (UTC +04:00)


Bakı. Məlahət Nəcəfova - APA. "Serj Sarkisyanın "Bloomberg"ə müsahibəsində səsləndirdiyi bəyanatla tanış deyiləm. Lakin fürsətdən istifadə edərək, qeyd etmək istərdim ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir və bu işlə səfir Uorlik məşğul olur. Biz Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu olduğunu düşünmürük".

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı apardığını xatırladıb: "Dövlət katibi bu həftə Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı aparıb. O, hər iki prezidenti atəşkəsə riayət etməyə və danışıqlar yolu ilə hərtərəfli sülhün tapılmasına çağırıb".

Qeyd edək ki, S. Sarkisyan "Bloomberg"ə müsahibəsində təhlükəsizliyə təminat olmayacağı təqdirdə, Azərbaycanla danışıqların əhəmiyyətsizliyini bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR