Maliyyə Nazirliliyinin dövlət qisamüddətli istiqrazlarının buraxılış parametrləri açıqlanıb

Maliyyə Nazirliliyinin dövlət qisamüddətli istiqrazlarının buraxılış parametrləri açıqlanıb
# 29 fevral 2016 15:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Sabah Bakı Fond Birjasında (BFB) keçiriləcək Maliyyə Nazirliliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ), Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərraclar və istiqrazların buraxılış parametrləri açıqlanıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, DQİ-nin ümumi həcmi 15 mln. manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gün, ödəmə tarixi 31.05.2017-ci ildir.

Hərracda anderrayter qismində “Unicapital İŞ” ASC çıxış edir.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Qeyd edək ki, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminə nisbəti emitentin müəyyən etdiyi minimum həddən aşağı olduğu təqdirdə emitent bu sifarişləri qəbul etməmək hüququna malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR