Salyan sakini bıçaqlanıb

Salyan sakini bıçaqlanıb
# 27 aprel 2016 08:44 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə ötən gecə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1974-cü il təvəllüdlü Ağayev Elman Habil oğlu həmkəndlisi - 1961-ci il təvəllüdlü Hüseynov Yunis Hüseyn oğlu tərəfindən bıçaqlanıb. E.Ağayev sol döş qəfəsin dəlib keçən yarası diaqnozu ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib, əməliyyat olunub. Vəziyyəti orta-ağırdır.

Hadisə toyda musiqi sifarişi üstündə baş verib. Mübahisədə Yunis Hüseynovun oğlu, 1990-cı il təvəllüdlü Cavad Hüseynov da iştirak edib. Baş vermiş hadisəyə görə, ata və oğul saxlanılıb.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR