Staffan de Mistura: “Suriyadakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə edilib”

Staffan de Mistura: “Suriyadakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə edilib”
# 28 aprel 2016 01:47 (UTC +04:00)

Bakı-APA. Suriya üzrə danışıqların ikinci raundu ölkədə vəziyyətin gərginləşməsi və atəşkəs rejiminin pozulması fonunda baş tutub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bildirb.

"Suriydakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə edilib", deyə de Mistura bildirib. Onun sözlərinə görə, danışıqların yeni raundu vəziyyətin fevralın sonundakı səviyyəyə çatdırılması təqdirdə mümkündür.

Bundan əvvəl S.de Mistura Suriyada vəziyyətin təhlükəli olduğunu bildirərək atəşkəs rejiminin qorunub saxlanılması üçün təcili tədbirlər görməyə çağırmışdı.

Qeyd edək ki, fevralın 22-də Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR