Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 93 ildönümünə həsr edilmiş tədbir keçirilib

Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 93 ildönümünə həsr edilmiş tədbir keçirilib
# 06 may 2016 10:50 (UTC +04:00)

Bakı – APA. Bu gün Respublika Hərbi Prokurorluğunda Heydər Əliyevin anadan olmasının 93 ildönümünə həsr edilmiş tədbir keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub.

Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev tədbirdə məruzə ilə çıxış edərək Heydər Əliyevin müasir Azərbaycan tarıxindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib.

O qeyd edib ki, həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulub, iqtisadi müstəqilliyə nail olunub, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olmaqla, qanunçuluğun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb.

X.Vəliyev daha sonra qeyd edib ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir.

Mərasim H. Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR