Fransanın İnkişaf Agentliyi Azərbaycanda kənd təsərrüfatının inkişafına 112,5 mln. dollar ayıracaq

Fransanın İnkişaf Agentliyi Azərbaycanda kənd təsərrüfatının inkişafına 112,5 mln. dollar ayıracaq
# 06 iyun 2016 15:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Fransa kənd təsərrüfatı sahəsində öz təcrübəsini Azərbaycanla bölüşür. “APA-Economics” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe deyib.

Onun sözlərinə görə, Fransa vasitəsilə Aİ təcrübəsi Azərbaycana gətirilir. “Bu layihələr çərçivəsində Azərbaycanda baytarlıq xidmətini müasirləşdiririk. Heyvanların sağlamlığı əsas məsələdir. Burada nazir tələbə proqramına da toxundu. Ola bilsin ki, hər iki ölkə arasında tələbə mübadiləsi baş tutsun”, - deyə O. Buşe qeyd edib.

Qeyd edək ki, Fransanın inkişaf agentliyi Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün 112,5 mln. dollar ayıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR