Vanda PKK-ya qarşı aparılan əməliyyatda səkkiz əsgər şəhid olub, səkkizi yaralanıb

Vanda PKK-ya qarşı aparılan əməliyyatda səkkiz əsgər şəhid olub, səkkizi yaralanıb
# 03 sentyabr 2016 10:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Vanın Çaldıran rayonunda PKK terror təşkilatına qarşı aparılan əməliyyatda 8 əsgər şəhid olub, 8-i yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Van Valiliyinin məlumatında bildirilib ki, yaralı hərbçilər xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Bölgədə PKK-ya qarşı aparılan əməliyyat davam edir.

Əməliyyat nəticəsində 13 PKK terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, əməliyyat sentyabrın 2-də başlayıb. Dünən 4 əsgərin öldüyü açıqlanmışdı, bu gün isə şəhid əsgərlərinin sayının 8-ə çatdığı bildiriib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR