Belçikada terror aktı törədənlərin əsas hədəfi atom elektrik stansiyaları olub

Belçikada terror aktı törədənlərin əsas hədəfi atom elektrik stansiyaları olub
# 24 mart 2016 07:42 (UTC +04:00)

Bakı - APA. Belçikanın paytaxtı Brüsseldə terror aktı törədənlərin əsas hədəfi bu ölkədə yerləşən atom elektrik stansiyaları olub. APA-nın xəbərinə görə, bu barədə yerli "Derner er" qəzeti yazır.

Nəşr yazır ki, qrupun üzvü olan Salah Abdeslamın həbs olunması hadisələrin gedişatının dəyişməsinə səbəb olub. Beləliklə, terrorçular ictimai nəqliyyatı hədəfə alıb.

Xatırladaq ki, ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. "Zaventem" beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 31 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR