Azərbaycanın hərbi idmançıları cüdo komanda yarışında dünya üçüncüsü olub

Azərbaycanın hərbi idmançıları cüdo komanda yarışında dünya üçüncüsü olub
# 04 oktyabr 2015 20:09 (UTC +04:00)

Bakı – APA. Cənubi Koreyanın Munqyeonq şəhərində VI Hərbi Dünya Oyunlarının ilk yarış günü keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 56 komandanın qatıldığı cüdo komanda yarışlarında Azərbaycanın cüdo üzrə hərbçi idmançılardan ibarət kişi yığması bürünc medal qazanaraq, VI Hərbi Dünya Oyunlarının üçüncüsü olub.

Oktyabrın 3-də keçirilən yarışlarda Azərbaycan cüdo komandası Səudiyyə Ərəbistanı, Qətər və Əlcəzair idmançılarını 5-0 hesabı ilə məğlub edib. Komandamız dünya çempionu Braziliya komandasına məğlub olaraq üçüncü yerə çıxıb.

120 ölkədən 8 100 idmançının iştirakı ilə 24 idman növündə keçirilən VI Hərbi Dünya Oyunlarına Azərbaycan boks, cüdo, taekvondo və güləş idman növlərində iştirak edir.

Hərbi idmançılarımız boks yarışları ilə çempionata davam edəcək.

Hərbçilərin Dünya Oyunlarında yığma komandamızı Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hüseyn Rəhimli (73 kq), Tural Safquliyev (90 kq) və Elmar Qasımov təmsil edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR