İrandan Azərbaycana xeyli miqdarda tiryək keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana xeyli miqdarda tiryək keçirilməsinin qarşısı alınıb
# 23 sentyabr 2016 12:56 (UTC +04:00)

Bakı-APA. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin və qaçaqmalçılığın qarşısının alınması istiqamətində fəaliyyəti davam etdirirlər.

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, sərhədçilərin sayıqlığı sayəsində növbəti dəfə narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Sentyabrın 18-də saat 23:20 radələrində Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kq 800 qram narkotik maddə olan tiryəki İrandan Azərbaycana gətirmək istəyərkən İran İslam Respublikasının vətəndaşı Hidayi Səid Səxavət yaxalanıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusu ilə cinayət əlaqəsində olan Cəlilabad rayon sakini Niftullayev Əhəd Ədalət oğlu narkotik maddəni ondan qəbul edərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR