Dövlət Komissiyası: Ermənistan vətəndaşı Henrik Agetsyan Azərbaycana keçərkən saxlanılıb

Dövlət Komissiyası: Ermənistan vətəndaşı Henrik Agetsyan Azərbaycana keçərkən saxlanılıb
# 13 avqust 2016 12:34 (UTC +04:00)

Bakı-APA. Azərbaycana keçmək istəyən erməni saxlanılıb.

Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.

İctimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR