MTRŞ 5 özəl telekanalın hesabına maliyyə vəsaiti köçürüb

MTRŞ  5 özəl telekanalın hesabına maliyyə vəsaiti köçürüb
# 10 iyun 2016 10:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) özəl teleradio yayımçılarına ayrılan maliyyənin bərabər əsaslarla bölüşdürülməsinə başlayıb.

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov APA-ya deyib ki, 6 telekanaldan 5-i ilə artıq müqavilə bağlanıb. Onun sözlərinə görə, müqavilə bağlayan 5 televiziya kanalının - ATV, Xəzər TV, Space TV, Lider TV və Region TV-nin hər birinin hesabına maliyyə vəsaiti köçürülüb. Hazırda yalnız ANS telekanalı qalıb. ANS də müqaviləni bağlayan kimi onların hesabına vəsait köçürüləcək.

Qeyd edək ki, prezidentin sərəncamına əsasən, özəl teleradio yayımçılarına iki milyon manat birdəfəlik maliyyə yardımı ayrılıb. Bu vəsait hər birinə 333 333 manat olmaqla 6 telekanal arasında ATV, ANS TV, Xəzər TV, Space TV, Lider TV, Region TV arasında bərabər məbləğdə bölünüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR