Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
# 26 may 2016 13:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə 41200 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin "APA-Economics"ə verilən məlumata görə, idarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında “Samur” gömrük postunun gömrük nəzarəti zonasında 2 avtomobilə baxış keçirib.

Yoxlama zamanı avtomobillərin müxtəlif yerlərindən gömrük nəzarətindən gizlədilən 41200 ədəd siqaret aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR