Salyanda bıçaqlanma hadisəsi olub

Salyanda bıçaqlanma hadisəsi olub
# 26 may 2016 08:57 (UTC +04:00)


Salyan. Əlibəy Zeynallı-APA. Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.


APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhər sakinləri 1998-ci il təvəllüdlü Nəsibov Emin Elşən oğlu, 1995-ci il təvəlüdlü Ağayev Yaşar Elşən oğlu və 1994-cü il təvəllüdlü Qurbanov Abduləli Telman oğlu arasında dava vbaş verib və onlar bir-birini bıçaqlayıb. Çoxsaylı bıçaq zərbələri alan hər üç şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Salyan Rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR