“PAŞA Həyat” banklarla birgə yeni məhsullar hazırlayacaq

“PAŞA Həyat” banklarla birgə yeni məhsullar hazırlayacaq
# 24 iyun 2016 09:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2017-ci ildə “PAŞA Həyat” sığorta şirkəti banklarla birgə yeni məhsulların yaradılması istiqamətində aktiv iş görəcək.

APA-Economics”in məlumatına görə, bu barədə “PAŞA Həyat”ın İdarə Heyətinin üzvü Rüstəm Məmmədov məlumat verib.

“Şirkətimiz 149 milyon manat aktivə, 119 milyon manat investisiya portfelinə malikdir. Sığorta sahəsində ən böyük aktivə malik şirkətik. Buna səbəb isə odur ki, bu günə kimi aktiv şəkildə əməkdaşlığa əhəmiyyət verilib. “PAŞA Həyat” ciddi şəkildə müştəri münasibətlərinə fokuslanmış şirkətdir”, - deyə R.Məmmədov vurğulayıb.

R. Məmmədov əlavə edib ki, şirkətin həyat sığortasında yığımlar üzrə bazarda payı 42%, ümumi bazar payı isə 12,3% təşkil edir: “Ödənişlər üzrə bazar payımız isə daha yüksəkdir. Son üç ildə bazarda ödənişlərin 54,5%-i “PAŞA Həyat”ın payına düşüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR