HRADF-ın prezidenti: "SOCAR yaxında DESFA-nı özəlləşdirəcək"

HRADF-ın prezidenti: "SOCAR yaxında DESFA-nı özəlləşdirəcək"
# 17 may 2016 10:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yunanıstanın qazpaylayıcı şirkəti olan DESFA-nın özəlləşdirilməsi məsələsi bu yaxınlarda həllini tapacaq. "APA-Economics" xəbər verir ki, bunu Yunanıstanın Dövlət Özəlləşdirmə Fondunun (Hellenic Republic Asset Development Fund, HRADF) prezidenti Stergios Pitsiorlas deyib.

"Proses bu yaxınlarda yekunlaşmalıdır. DESFA-nın səhmlərinin 17%-i italyan şirkətinə satılmaqla qazpaylayıcı şirkət SOCAR tərəfindən özəlləşdiriləcək", - deyə fondun prezidenti qeyd edib.

Qeyd edək ki, DESFA-nın səhmlərinin 17%-ni İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir.

Xatırladaq ki, DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi məsələsinə Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunda baxılır. 2013-cü il iyulun 31-də HRADF DESFA-nın 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə HRADF və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb. SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR