Həftəsonu ölkədə beş nəfəri gün vurub

Həftəsonu ölkədə beş nəfəri gün vurub
# 18 iyul 2016 08:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Son günlər havaların isti keçməsi ilə bağlı günvurma halları nisbətən artıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Raif Nağıyev APA-ya deyib ki, iyulun 15-dək 5 günvurma hadisəsi qeydə alınıb. Həmin şəxslərdən 1 nəfər xəstəxanaya yerləşdiirlib: "Ayın 15-dən indiyədək isə 5 günvurma halı baş verib".

R.Nağıyev əlavə edib ki, ötən ilin müvafiq dövrü ilə müqyaisədə günvurma halları azdır. Ötən il iyulun ortalarınadək 20-30 günvurma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR