Gürcüstan azərbaycanlılarının sərhəd-keçid məntəqələrində müvəqqəti qeydiyyatı təklif edilib

Gürcüstan azərbaycanlılarının sərhəd-keçid məntəqələrində müvəqqəti qeydiyyatı təklif edilib
# 06 may 2016 10:35 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Gürcüstanda yüz minlərlə azərbaycanlı yaşayır, onların çoxu üç aydan bir Azərbaycana gəlir və geri qayıdır. Bu şəxslər Azərbaycanda olarkən “ASAN Xidmət” mərkəzlərində, yaxud miqrasiya qurumlarında müvəqqəti qeydiyyata düşməlidir. Lakin bir çox azərbaycanlılar zamanında müvəqqəti qalma yeri ilə bağlı qeydiyyata düşmədikləri üçün cərimələnir, onların Azərbaycana gəlişinə qadağa qoyulur”.


APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin iclasında çıxışında millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun sədri Əflatun Amaşov deyib. O, problemin aradan qaldırılması üçün sərhəd-keçid məntəqələrində Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının da fəaliyyət göstərməsini və qeydiyyatla bağlı məsələnin yerində həllini təklif edib.


Ə. Amaşov soydaşlarımızın Gürcüstanda qadağan olunan, lakin Azərbaycanda qadağan edilməyən bir sıra dərman vasitələrini Gürcüstana apararkən də ciddi problemlə üzləşdiklərini, polis tərəfindən sorğu-suala məruz qaldıqlarını və cərimələndiklərini nəzərə çatdırıb. O, bu problemin həlli üçün iki ölkə arasında məlumat mübadiləsinin zəruri olduğunu vurğulayıb.

O. Əsədov Gürcüstan azərbaycanlılarının qeydiyyatı üçün sərhəd-keçid məntəqələrində Dövlət Miqrasiya Xidməti əməkdaşlarının fəaliyyəti ilə bağlı məsələyə baxılmasını mümkün sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR