İrana qaçaq yolla keçən Əfqanıstan vətəndaşları qəzaya düşüb

İrana qaçaq yolla keçən Əfqanıstan vətəndaşları qəzaya düşüb
# 22 sentyabr 2016 12:15 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın İsfahan şəhərində Əfqanıstan vətəndaşlarını aparan avtomobil qəzaya uğrayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, qəza nəticəsində 6 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Hadisə yerli vaxtla saat 1:30 da Nayin-İsfahan magistral yolunun 85-ci kilometrliyində baş verib.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb.

Qəzaya düşən Əfqanıstan vətəndaşları İran sərhədini qeyri-qanuni yolla keçərək ölkədə yerləşmək istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR