ARDNF 19 banka 61 mln. dollar satıb

ARDNF 19 banka 61 mln. dollar satıb
# 22 sentyabr 2016 10:08 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 61,4 mln. dollar məbləğində vəsait 19 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR