Astarada 2 nəfərin ölümü, 9 nəfərin xəsarət almasına səbəb olan sürücü tutulub

Astarada 2 nəfərin ölümü, 9 nəfərin xəsarət almasına səbəb olan sürücü tutulub
# 13 may 2016 11:17 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Ələt-Astara magistralında iki nəfərin ölümü, doqquz nəfərin xəsarət almasına səbəb olan yük avtomobilinin sürücüsü tutulub.

APA-nın Cənub bürosunun məlumatına görə, Xaçmaz rayon sakini, 1983-cü il təvəllüdlü Vüsal Xudaverdiyev tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, “Ford” markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 2 sərnişin ölüb, 9 nəfər xəsarət alıb. Fakta görə Astara rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını poza, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR