Balakən sakini intihar edib

Balakən sakini intihar edib
# 01 may 2016 20:35 (UTC +04:00)

Balakən. Vüqar Heydərov-APA. Balakəndə 25 yaşlı gənc intihar edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, mayın 1-i axşam saat 17:30 radələrində Balakən şəhəri, Füzuli küçəsi ev 28 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Ramazan Şəmsəddin oğlu Piriyevin meyiti evin mətbəxində asılı vəziyyətdə valideyinləri tərəfindən aşkar edilib.

Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları araşdırma zamanı 25 yaşlı Ramazan Piriyevin intihar etməsi məlum olub. Ramazan Piriyev intihar edən zaman evdə tək olub.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR