Beynəlxalq Valyuta Fondu yuanı qlobal rezerv valyutalar səbətinə daxil edib

Beynəlxalq Valyuta Fondu yuanı qlobal rezerv valyutalar səbətinə daxil edib
# 30 noyabr 2015 18:54 (UTC +04:00)

Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Çinin milli valyutası olan yuanı qlobal rezerv valyutalar səbətinə daxil edib.

"APA-Economics"in xəbərinə görə, bu barədə BVF-in direktoru Kristin Laqard bildirib.

"Fondun Direktorlar Şurasının bununla bağlı qəbul etdiyi qərar Çin iqtisadiyyatının qlobal maliyyə sisteminə inteqrasiyasının bariz nümunəsidir. Bununla yanaşı, bu, Çin hökumətinin valyuta və maliyyə sistemində apardığı islahatların nəticəsidir", - deyə K. Laqard bildirib.

Qərara əsasən, yuan qlobal rezervlərinin valyutalar səbətinə 2016-cı ilin oktyabrın 1-dən daxil olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR