Bakıda uşaq bağçasında yanğın olub

Bakıda uşaq bağçasında yanğın olub
# 24 aprel 2016 23:09 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda ümumi sahəsi 600 kv.m olan ikimərtəbəli uşaq bağçasının giriş və bir otağının qapısı yanıb.

Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR