FHN Qaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb

FHN Qaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb
# 16 may 2016 22:06 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi mayın 16-da Qaxda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Qax rayonu ərazisində “Belarus" markalı traktor və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə, xilasedicilər deformasiyaya uğramış “Niva" markalı minik avtomobilindən 1927-ci il təvəllüdlü Səlihəd Rüstəm qızı Muradova, 1959-cu il təvəllüdlü Xanpəri Murad qızı Muradovanın cəsədini və yaralı vəziyyətdə olan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:27-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR